17 Noyabr Azərbaycan xalqının milli şüurunun oyanmasında, müstəqillik uğrunda mübarizə tarixində yeni səhifədir. Məhz həmin gün sovet imperiyasının yürütdüyü ədalətsiz və qərəzli siyasətə qəti etirazını bildirən xalqımız bir yumruq kimi birləşərək ayağa qalxdı. Azadlıq meydanına axışan milyonlarla insanı bir istək, bir amal birləşdirirdi, doğma Azərbaycanı azad və müstəqil görmək.
17 Noyabrda başlanan mübarizə doğma Azərbaycanımızın tarixi müstəqilliyinə qovuşanda misilsiz rol oynadı. Cəmi üç il sonra Azərbaycan öz tarixi müstəqilliyinə qovuşdu. Xalqımızın bü müqəddəs arzusu reallığa çevrildi.Artıq Azərbaycanın Respublikasının dövlət müstəqilliyindən 17 il ötür. Dünya birliyinin və Avropa Şurasının layiqli üzvünə çevrilmiş Azərbaycan Respublikasının beynəlxalq nüfuzu getdikcə artım sürətinə görə ölkəmiz dünyada liderlərdən biridir. Tarixi müstəqilliyimizin qorunub saxlanmasında və möhkəmləndirilməsində müstəsna xidmətlər göstərmiş ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni- yeni nailiyyətlərə doğru inamla irəliləyir.