Beynəlxalq Sülh Günü BMT-nin 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs vermişdir.
Əbədi mövzu olan Sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən ən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı, 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzaladı, müharibəni dayandırdı, ölkədə sabitliyə nail oldu. Bu, həm də dövlətimizin sülh arzusunun ifadəsi idi.
21 sentyabr Beynəlxalq Sülh Günü mühasibətilə Riyaziyyat-informatika fakültəsində Humanitar məsələlər üzrə dekan müavini A.Qasımovanın təşkil etdiyi fakültə rəhbərliyinin iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə fakültə dekanı dos.O.Hüseynov, dekan müavini dos.R.Məmmədov, tədris məsləhətçiləri və fakültənin professor-müəllim heyəti iştirak edirdi. Tədbirdə maraqlı məruzələr, şerlər və musiqi səsləndi.