Elmi Konfrans

seymur

Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinin əməkdaşı, Həndəsə və Cəbr kafedrasının müəllimi Meşaik Seymur Arif oğlu Türkiyə Cumhuriyyətinin Ankara şəhərində, Ankara Universitetində təşkil olunmuş “Ankara Matematik Günleri” adlı elmi konfransda iştirak etmişdir. 26-27 may 2016-cı il tarixlərində keçirilmiş konfransda S. A. Meşaik “İki değerli iteratif cebirlerin direkt çarpımında bazın maksimal kardinalitesi” (“İki qiymətli iterativ cəbrlərin düz hasilində bazisin maksimal gücü”) adlı mövzu ilə uğurlu çıxış etmişdir. Konfrans zamanı Ankara Universitetinin Fen fakültəsinin dekanı Prof. Dr. Hüseyin Bereketoğlu, Matematik bölümünün başkanı Prof. Dr. Cihan Orhan, bölüm başkan yardımçısı Doç. Dr. Fatma Karakoç və başqa riyaziyyatçılarla  tanış olmuşdur. Eləcədə konfransda iştirak edən və Türkiyə universitetlərində çalışan azərbaycanlı riyaziyyatçılardan Prof. Dr. Arif Səlimov (Atatürk Üniversitesi), Doç. Dr. Nizami Mustafa (Kafkas Üniversitesi), Doç. Dr. Nizami Hasilov (Başkent Üniversitesi) ilə görüşmüşdür. Hal-hazırda S. A. Meşaikin Türkiyə Cumhuriyyətinin Orta Doğu Teknik Üniversitesinin əməkdaşı Prof. Dr. Ömer Küçüksakallı və Ege Üniversitesinin kafedra müdiri Doç. Dr. Tahsin Önerle elmi əlaqələri, yaxın dostluq münasibətləri var. Cəbr, riyazi məntiq və ədədlər nəzəriyyəsi sahələrində irəliləyən, zamanla Rusiya və Türkiyə riyaziyyatçıları ilə sıx əlaqələr yaradan əməkdaşımız S. A. Meşaikin işlərində uğurlar arzu edirik. Əməkdaşımızın bu əlaqələri universitetimizin və fakültəmizin riyaziyyat sahəsində xarici əlaqələrinin genişlənməsinə öz töhfəsini verir.