16 aprel 2016-ci il tarixində Qafqaz Universitetində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçirilmişdir. Olimpiadada Riyaziyyat-informatika fakültəsinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə dekan müavini dos.R.Məmmədov, tədris məsləhətçisi dos.G.Verdiyeva, İnformatika kafedrasının müəllimləri V.Həsənov və S.Baratzadə fakültənin bir qrup tələbələri ilə birlikdə fəal iştirak etmişdirlər.