Bu gün Ümumdünya Kosmonavtika günüdür

hqdefault

Bu tarix Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması günüdür. Bu gün Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel kosmonavtika günü kimi elan olunub. Bu günün keçirilməsinə səbəb isə 55 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoyub.Kosmik məkanı fəth edən ilk insan Yuri Qaqarindən sonra səmaya 32 ölkədən 431 kosmonavt uçub. Kosmosda hamıdan çox qalan da rusiyalı kosmonavtdır. Sergey Avdeyev açıq fəzada 747 sutka 17 saat keçirib. Bir uçuşun davamiyyətinə görə isə lider, ixtisasca həkim olan Valeri Polyakovdur. O “Mir” stansiyasında bir ildən çox- 437 sutka 17 saat olub. Kosmosa uçanlar arasında təkcə kişilər deyil, qadınlar da çox olub. Bu işdə də Rusiya birincidir. Dünyada ilk qadın kosmonavt məhz rusiyalı Valentina Tereşkovadır. Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox “R-2” raketlərinin istehsalında müstəsna rol oynayıb.1957-ci il oktyabrın 4-də belə raketlərdən birinin köməkliyi ilə dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə informasiya texnologiyalarının inkişafına xüsusi önəm verməsi və bu sahəyə göstərdiyi diqqət və qayğı ölkədə kosmik sənayenin yaradılması və sonrakı inkişaf yollarının müəyyənləşdirilməsi işinə güclü təkan verdi. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda cənab Prezidentin “Azərbaycan Respublikasında yeni və ən texnoloji sənaye sahəsi olan kosmik sənayenin yaradılması və süni telekommunikasiya peykinin orbitə çıxarılması” barədə verdiyi tapşırıq əsasında konkret fəaliyyət  proqramının müəyyənləşdirilməsi istiqamətində işlərin görülməsinə başlandı. Ölkə iqtisadiyyatının şaxələndirilməsi və İKT-nin neft-qaz sənayesindən sonra iqtisadiyyatin ikinci mühüm sahəsi elan edilməsinə dair dövlət siyasəti çərçivəsində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bu şərəfli vəzifənin həyata keçirilməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırıldı. Bununla da milli kosmik sənayenin əsas tarixi inkişaf yolu başlandı.

Azərbaycanın ilk kosmik peyki layihəsinin gerçəkləşdirilməsi məqsədilə orbital mövqe əldə etmək üçün ilk olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Beynəlxalq Telekommunikasiya İttifaqina müraciət olundu. Buna paralel olaraq, 2009-cu ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalandı. Bunun ardınca, 2010-cu ilin may ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Malayziyanın peyk operatoru olan “Measat Satellite Systems” şirkəti arasında ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus 46°Ş orbital mövqeyə çıxarılmasına dair razılaşma əldə edildi. Telekommunikasiya peykinin hazırlanması məqsədilə elan edilmiş tenderin qalibi ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti, peykin orbitə buraxılması ilə bağlı raketdaşıyıcı şirkətin seçilməsi ilə bağlı tenderin qalibi isə Fransanın “Arianespace” şirkəti seçildilər.

Azərbaycan Respublikasının telekommunikasiya peyklərinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə “Azərkosmos” ASC təsis edildi.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan hökuməti tərəfindən 3 may 2010-cu il tarixində yaradılmışdır və Qafqazda ilk peyk operatorudur. 8 fevral 2013-cü il tarixində orbitə buraxılmış “Azərspace-1” peyki vasitəsilə şirkət öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və məlumatların ötürülməsi xidmətlərini təqdim edir.

“Azərspace-1” peykinin qabaqcıl texnoloji dizaynı və çevik qoşulma imkanları sayəsində dünyada milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı əldə edə bilər. Azərspace-1 Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən artıq ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirir.

Yüksək ixtisaslı peşəkar heyətə və texniki imkanlara malik olan “Azərkosmos” ASC yaradılmasından ötən dövr ərzində ölkədə və bütünlüklə regionda İKT sektorunun aparıcı qüvvələrindən birinə çevrilmişdir. Şirkətin resursları ona müasir infrastruktur əsasında yeni yaranan texnologiyaların tətbiqinə, bununla da yerüstü rabitə şəbəklərinin əhatə dairəsinə düşməyən ərazilərdə peyk əsaslı xidmətlərdən istifadə edilə bilməsi üçün əlavə dəyər yaratmağa imkan verir.