“Triqonometrik tənliklərin həlli” mövzusunda açıq dərs keçirildi

26 noyabr 2026-cı il tarixdə Ümumi riyaziyyat kafedrasının baş müəllimi Cəbərrüd Məmmədovanın riyaziyyat müəllimliyi və riyaziyyat və informatika müəllimliyi 1 kursunda Elementar riyaziyyat-1 fənnindən açıq mühazirə dərsi keçirildi. Mövzu: “Triqonometrik tənliklərin həlli”-dır. Geniş bir mövzu olan tənliklər bölməsinin xüsusi sahəsi də triqonometrik tənliklərdir. Bu mövzularda əvvəl tələbələrin triqonometrik funksiyaları, onların əsas xassələrini, periodikliyini və xarakterik nöqtələrini tapa bilir. Mövzunun tədrisində triqonometrika bölməsinə maraq və meylin artması, tələbələrdə yaradıcıllıq, səriştəlilik və axtarıcılıq bacarıqlarını inkşaf etdirməkdir. Müəllim əvvəlcə tələbələrdən orta məktəbdə triqonoimetrik funksiyalar haqqında sorğu apardı. Sonra yeni mövzunu ətraflı şəkildə izah etdi və misallar göstərdi.

Açıq dərsdə fakültə dekanı dos. Oruc Hüseynov, dos. Tahir Məmmədov, dos.İlqar Cabbarov, dos.Sübhiyyə Zeynallı, dos. Nazim Neymətov, p.f.d., b.m.Kəmalə Qaybalıyeva, b.m.Samirə Abbasova, müəllim Afət Qurbanov, müəllim Leyla Bağırova və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda dərs müzakirə olundu və qiymətləndirildi.