



Pedaqoji və istehsalat təcrübələrində iştirak edəcək buraxılış kurs tələbələrinin fakültələrlə təlimatı konfransları keçirilmişdir. 23.11.2026-cı il tarixdə Riyaziyyat və informatika fakültəsində təşkil olunmuş təlimatı konfransda Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, fakültə dekanı dosent Oruc Hüseynov, kafedra müdirləri dosent İlqar Cabbarov, dosent Sübhiyyə Zeynallı və təcrübəçi tələbələr iştirak edirdilər.
Təcrübə və karyera şöbəsinin müdiri dosent C. Qarayev qeyd etdi ki, 2026/2027- ci tədris ilində fakültənin buraxılış kurs tələbələrini pedaqoji və istehsalat təcrübələrində iştirak etmələri münasibəti ilə təbrik etdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 30 dekabr 2023-cü il 489 nömrəli qərarının tələblərinə uyğun olaraq təcrübələrin məqsədləri, növləri və keçirilməsi haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi.
Tədbirdə Riyaziyyat və informatika fakültəsinin dekanı dos. Oruc Hüseynov, kafedra müdirləri dosent İlqar Cabbarov, dosent Sübhiyyə Zeynallı çıxış edərək qeyd etdilər ki, təcrübə proqramına uyğun olaraq verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tövsiyyə etdilər.
Konfransda təcrübə də iştirak edəcək tələbələrin suallarına tədbir iştirakçıları tərəfindən ətraflı məlumat verildi.