Qraflar. Qraflar nəzəriyyəsinin əsasları, qraflar nəzəriyyəsinin əsas məsələsi mövzusunda açıq dərs keçirildi

21 oktyabr 2026-cı il tarixdə Ümumi riyaziyyat kafedrasının müəllimi Mətanət Həsənovanın riyaziyyat və informatika müəllimliyi 3 kursunda Diskret riyaziyyat və məntiq elementləri fənnindən açıq seminar dərsi keçirildi. Mövzu: Qraflar. Qraflar nəzəriyyəsinin əsasları, qraflar nəzəriyyəsinin əsas məsələsi. Fənnin məqsədi tələbələrin diskret riyaziyyat və məntiq elementləri fənninin əsasları ilə tanış etməkdən ibarətdir. Burada çoxluqlar nəzəriyyəsinə baxılır və onların üzərində əməllər göstərilir. Eləcə də qraflar nəzəriyyəsi haqqında ümumi məlumatlar verilir. Müəllim dərsdə keçirilən mövzulardan sorğu edərək tələbələrin biliklərini yoxladı və qiymətləndirdi. Mövzuya aid çoxlu misallar göstərildi. Açıq dərsdə fakültə dekanı dos. Oruc Hüseynov, Keyfiyyətin Təminatı Şöbəsinin nümayəndəsi Leyla Şirinova, kafedra müdiri dos.Sübhiyyə Zeynallı, dos. Tahir Məmmədov, dos. Nazim Neymətov, b.m.Pərvin Mustafayeva, b.m. Şərafət Hüseynova və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda dərs müzakirə olundu və qiymətləndirildi.