



21 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsində Riyazi analiz kafedrası və Tələbə Elmi Cəmiyyətinin (TEC) birgə təşkilatçılığı ilə elmi seminar keçirilib.Seminarın əsas məqsədi tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağını artırmaq, riyazi biliklərini dərinləşdirmək, tədqiqat və təqdimat bacarıqlarının inkişafına dəstək olmaq olub. Seminarda tələbə məruzələri ilə çıxış ediblər:
Aysu Məmmədova Elman qızı — “Funksional tənliklər”Elmi rəhbər: baş müəllim S. S. İbrahimova
Ayşən Aslanlı Zaur qızı — “Kəsilməz funksiyalar”Elmi rəhbər: dosent Tahir Məmmədov
Ləman Mustafayeva Rövşən qızı — “Səs və işığın riyaziyyatı: Furye çevrilmələri dünyamızı necə təsvir edir?”Elmi rəhbər: baş müəllim Nurəngiz Bəşirova
Seminarda Riyaziyyat və informatika fakültəsinin dekanı dosent Oruc Hüseynov, dosent Tahir Məmmədov, baş müəllim Nurəngiz Bəşirova, fakültənin müəllimləri və tələbələri iştirak etdilər. Tədbir çərçivəsində tələbələrin elmi araşdırmaları təqdim olunub, riyaziyyatın müxtəlif istiqamətləri üzrə bilik və təcrübə mübadiləsi üçün imkan yaranıb. Elmi rəhbərlərin dəstəyi və akademik mühitin yaratdığı şərait tələbələrin elmi potensialının üzə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyıb.Seminarın təşkilinə və keçirilməsinə verdikləri dəstəyə görə Riyazi analiz kafedrasına, elmi rəhbərlərə, fakültə rəhbərliyinə, müəllimlərə və bütün iştirakçılara təşəkkürümüzü bildiririk.Elm gələcəyin açarı, tələbə təşəbbüsü isə elmi inkişafın hərəkətverici qüvvəsidir!