“Birtərtibli xətti diferensial tənliklər” mövzusunda açıq dərs keçirildi

5 oktyabr 2026-cı il tarixdə Riyazi analiz kafedrasının müəllimi r.f.d. Bahar Vəliyevanın Riyaziyyat və informatika müəllimliyi ixtisasının 3 kursunda Adi diferensial tənliklər fənnindən açıq seminar dərsi keçirildi. Açıq dərsin mövzun “Birtərtibli xətti diferensial tənliklə”. Adi diferensial tənliklər fənnini məqsədi ixtisas tələbələrinə diferensial tənliklərlə modelləşdirilən proseslərin əsas tipləri ilə tanış etmək, diferensial tənliklərin həlli üsullarının öyrətmək və onlarda bu üsullardan riyazi analizin və funksional analizin müxtəlif məsələlərinin həllində istifadə etmək vərdişləri yaratmaqdır. Müəllim əvvəlcə mühazirələrdən suallar verdi, tərifləri qeyd etdi və tələbələrin cavablarını qiymətləndirdi. Açıq dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, kafedra müdiri dos.TAhir Məmmədov, dos.Nazim Neymətov, t.e.n., b.m. Nurəngiz Bəşirova və digər kafedra əməkdaşları iştirak etmişlər. Sonda açıq dərs yüksək qiymətləndirildi.