

29 aprel 2026-cı il tarixində Riyaziyyat və informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının baş müəllimi Günay Həsənovanın Riyaziyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi ixtisasının 1-ci kursunda Cəbr-2 fənnindən “Rasional ədədlər meydanı üzərində gətirilməyən çoxhədlilər” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən fənnin tələbələrə orta məktəbdə cəbr fənnindən əldə etdikləri bilikləri genişləndirmək və məntiqi əsaslarını daha da möhkəmləndirərək onlarda ümumi riyazi mədəniyyəti və təfəkkür qabiliyyəti formalaşdırmaqdan, cəbri bilikləri daha yüksək səviyyəyə catdırmaq və müasir riyaziyyatda mühüm yer tutan əsas cəbri strukturlar haqqında baza bilikləri formalaşdırmaqdan ibarətdir. Müəllim tələbələrlə sorğu-sual aprmaqla keçmiş mövzuları təkrar etdi və yeni dərsi tələbələrə slaydla izah etdi. Burada həmçinin tənliklərin həllinin qurulması üçün misal göstərdi və həllini yazdı. Açıq dərsdə fakültə dekanı dosent Oruc Hüseynov, kafedra müdiri dosent İlqar Cabbarov, dosent Tahir Məmmədov, dosent Nazim Neymətov, müəllim Nailə Cabbarova və kafedranın digər əməkdaşları iştirak etdilər.