








Universitetimizdə təhsilin keyfiyyətinin artırılması məqsədi ilə monitorinq keçirilir. 28 aprel 2026-cı il tarixində Dosent Allahverdi Quliyevin rəhbərliyi ilə Universitet üzrə yaradılmış monitorinq qrupu Riyaziyyat və informatika fakültəsinin II növbənin 2-ci saatında olan dərslərdə aparıldı. Əvvəlcə fakültə dekanı dosent Oruc Hüseynov və dosent Allahverdi Quliyev monitorinq qrupunun üzvləri ilə qisa iclas keçirdi. Sonra monitorinq qrupu dərslərdə iştirak etdilər. Monitorinq üzvləri mühazirə, seminar, praktik məşğələ, laboratoriya dərslərində fənn proqramları, fənnin sillabusları, mühazirə və praktik məşğələlərin mövzularını yoxladılar. Dərslər bitdikdən sonra fakültənin dekanı dosent Oruc Hüseynov, dekan müavini r.f.d.Rauf Məmmədovun və monitorinq üzvləri dosent Allahverdi Quliyev, dosent Elvin Atakişiyev, dosent Yəhya Namazov, dosent Sahil İbrahimli, dosent İlqar Cabbarov və digər komissiya üzvlərin iştirakı ilə nəticələr müzakirə olundu. Yekunda dekanlıqda monitorinqin nəticələri müzakirə edildi, irad və təkliflər eşidildi və müvafiq qərar qəbul olundu.