
1 aprel 2026-cı il tatixdə saat 11:00-da Fakültə Elmi Şurasının növbəti iclası keçirildi. Fakültə dekanı iclasın gündəliyini oxudu. Sonra gündəlikdə duran məsələlər müzakirə olundu.
GÜNDƏLİK MƏSƏLƏLƏR:
- Fakültənin “Riyaziyyat müəllimliyi”, “Riyaziyyat və informatika müəllimliyi”, “İnformatika müəllimliyi” və “Kompüter elmləri” ixtisaslarında VIII və X semestrlər üçün tədris planlarına daxil edilmiş tədris və istehsalat təcrübələrinin icrası üçün görülən tədbirlər.( Dekan,Kafedra müdirləri,Təcrübə və Karyera şöbəsinin müdiri dos.C.Qarayev)
- Fakültədə elmi metodiki işlərin təşkili, professor-müəllim heyətinin peşəkarlığının artırılması, tədris prosesinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər.( Dekan ,Fakültə Metodiki Qrupunun üzvləri)
- Fakültədə fəaliyyət göstərən ixtisaslar üzrə təhsil alan tələbələrin 2026-2027-cı tədris ili üçün seçmə fənlərin seçiminə dair aparılan hazırlıq işləri.( Tyutorlar, Keyfiyyətə Təminat şöbəsinin müdiri f.d. İ.İsmayılov)
- Fakültədə mühazirə, seminar və laborator məşğələlərinin tədrisinin Eduman sistemi vasitəsilə elektron idarə olunmasının gedişi .( Dekan, kafedralarnı metodik qrupları)
- Cari məsələ (Elmi katib)