

31 mart 2026-cı il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi Natiqə Aslanovanın İnformatika müəllimliyi ixtisasının l kursunda İnformatikanın nəzəri əsasları fənnindən “Əməliyyat sistemləri və idarəetmə prinsipləri” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi tələbələrə kompüter texnikasının tətbiqi ilə proqram, texniki, tədris-metodiki və təşkilatı təminatının öyrənilməsi məsələlərinin sistematik çatdırılmasından ibarətdir. Müəllim əvvəlcə əməliyyat sistemlərinin yaranmasını sonra isə yeni nəsil əməliyyat sistemləri haqqında ətraflı danışdı.
Dərsdə fakültə dekanı dosent Oruc Hüseynov, dosent İlqar Cabbarov, dosent Nazim Neymətov, b.m.Nigar Allahyarova, müəllim Səbinə Babayeva, müəllim İsmət Budaqov və kafedranın digər müəllimləri iştirak etdilər. Sonda açıq dərs müzakirə olundu.