

17 dekabr 2025-ci il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi t.f.d.Natavan Həsənovanın Ədədi sistemlər fənnindən Riyaziyyat müəllimliyi 2 kursunda “Kompleks ədədlər sistemi” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə əvvəlcə müəllim tələbələrlə sorğu apararaq kompleks ədələr haqqında fikirləri öyrəndi. Sonra kompleks ədədlər sisteminin aksiomlarını verdi, teoremləri isbat etdi. Burada əsasən kateqoriyalılığa və ziddiyyətsizliyə aid teoremlər verildi və isbat olundu. Bu göstərilənlər ətraflı izah olundu. Açıq dərsdə fakültə dekanı dos.Oruc Hüseynov, dos.Sübhiyyə Zeynallı, dos.İlqar Cabbarov, müəllim.Samirə Cəfərova və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda dərs müzakirə olundu.