İKT bacarıqlarının artırılması ilə əlaqədar seminar keçirildi

09 aprel 2025-ci il tarixdə Riyaziyyat – informatika fakültəsinin professor-müəllim heyətinin informasiya və komunikasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması üçün seminar keçirildi. Seminarda informatika və cəbr kafedrasının baş müəllimi İlhamə Zeynalova çıxış edərək müəllimlərə süni intellekt və onun təhsildə tətbiqləri haqqında bəzi anlayışları təqdim etdi. Sonra professor və müəllim heyətini maraqlandıran suallara cavab verdi.