Riyazi analiz kafedrasının müəllimləri orta məktəb şagirdləri ilə görüş keçirdilər

8.04.2025-ci il tarixində Gəncə Dövlət Universitetinin Riyazi analiz kafedrasının müdiri prof. Orcəli Rzayev, dos.Nazim Neymətov, b.m.Nazir İsmayılov və fakültənin bir qrup tələbələri Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbdə şagirdlərlə görüş keçirdi. Əvvəlcə təcrübə və karyera şöbəsinin müdiri dos.Cabbar Qarayev tədbiri açıq elan edrək ilk sözü prof.Orcəli Rzayev verdi. Orcəli müəllim riyaziyyatın bir sıra tətbiq sahələri haqqında şagirdlərə məlumat verdi. Sonra sözü dos. Nazim Neymətov verildi. Nazim müəllim “Riyaziyyatın müasir problemləri” haqqında məruzə etdi. Sonda Riyaziyyat müəllimi ixtisasının tələbəsi Qənirə Rzayeva “N.Gəncəvinin şerlərində riyaziyyat elminin rolu” haqqında məlumat verdi.

Tədbirin sonunda şagirdlərin çıxışları dinlənildi və suallarına cavab verildi.