


07.04.2025-ci il tarixində Riyaziyyat-informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının baş müəllimi Samirə Cəfərovun Riyaziyyat-informatika müəllimliyi ixtisasının 4-cü kursunda Web sənədlərin hazırlanması texnologiyası fənnindən “Web cədvəllərin yaradılması və şəkillərin salınması” mövzusunda açıq mühazirə dərsi keçirildi. Açıq dərsin məqsədi əsasən Web sənədlərin hazırlanması texnologiyası Web proqramlaşdırmanın əsas mahiyyəti, Web saytların yaradılması texnologiyası, Web saytın internetə yerləşdirilməsi, HTML və Java Script dilləri və CSS stillərinin tətbiqi izah olunur. Açıq dərsdə əvvəlcə müəllim interaktiv sorğu ilə sual-cavab etdi. Sonra slaydla tələbələrə yeni mövzunu izah etdi. Müəllim slaydla proqram quraraq nümayiş nəticələri etdirdi. Açıq dərsdə fakültə dekanı dosent Oruc Hüseynov, kafedra müdiri dosent İlqar Cabbarov, prof.Orcəli Rzayev, dosent.Sübhiyyə Zeynallı, dosent Nərgiz Tağıyeva, dosent Gülmira Verdiyeva, dosent Nazim Neymətov, b.m.Bəsti Cəfərova və kafedranın digər əməkdaşları iştirak etdilər. Sonda açıq dərs müzakirə olundu.