“Bakterioloji silah və bioloji zədələnmə ocağında ilk tibbi yardım” mövzusunda açıq dərs keçirildi

2 aprel 2025-ci il tarixdə Fiziki tərbiyə və Gənclərin çağırışaqədərki hazırlığı kafedrasının baş müəllimi İlhamə İbrahimovanın İnformatika müəllimliyi ixtisasının 2 kursunda Mülki müdafiə və ilkin tibbi yardım fənnindən açıq mühazirə dərsi keçirildi. Açıq dərs “Bakterioloji silah və bioloji zədələnmə ocağında ilk tibbi yardım” mövzusunda oldu. Müəllim əvvəlcə fənnin məqsədini qeyd edərək göstərdi ki, fövqəladə hallar nəticələrindən əhalini və xalq təsərrüfatının mühafizə edilməsini, sülh və müharibə dövründə insanların həyatı və sağlamlığı üçün təhlükə yarandığı barədə davranış qaydalarını, fövqəladə halların nəticələrinin aradan qaldırılmasıdır. Sonra müəllim frontal sorğu aparmaqla keçmiş mövzuları təkralatdı. Sonra isə yeni mövzunun izahını daha geniş şəkildə slaytla izah etdi. Açıq dərsdə kafedranın metod birləşmənin sədri kafedra müdiri əvəzi b.m.Mahnur Məmmədova, b.m.Fikrət Hüseynov, müəl.Zülfiyyə Ələkbərova, müəl.Şahmar Məmmədov, Riyaziyyat-informatika fakültəsinin əməkdaşları prof.Orcəli Rzayev, dos.Nazim Neymətov iştirak etmişlər. Açıq dərs sonda müzakirə edildi.