Tələbə Elmi Cəmiyyətinin elmi seminarı keçirildi

18.03.2025-ci il tarixində saat 14.00-da Riyaziyyat-İnformatika fakültəsində Tələbə Elmi Cəmiyyətinin xətti ilə elmi seminar keçirildi. Elmi seminarda fakültə dekanı dos. Oruc Hüseynov, dekan müavini Rauf Məmmədov, Riyazi Analiz kafedrasının müdiri prof. Orcəli Rzayev, Humanitar məsələlər üzrə dekan müavini t.f.d. b.m. Nurəngiz Bəşirova, İnformatika və Cəbr kafedrasının müdiri dos. İlqar Cabbarov, Ümumi Riyaziyyat kafedrasının müdiri dos. Sübhiyyə Zeynallı, dos. Tahir Məmmədov, dos. Nazim Neymətov, müəllim İsmət Budaqov, fakültə TEC sədri Familə Səfərova və fakultənin tələbələri iştirak etdilər. Seminarda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məruzəçilərin hər biri öz movzuları haqqında təqdimatlarla çıxışlar etdilər. Riyaziyyat müəllimliyi III kurs  tələbəsi Sevinc Rəhimova dos. N. Neymətovun rəhbərliyi altında “Bölünməzlər metodundan inteqral metodunadək” çıxış etdi.

Kompüter elmləri I kurs tələbəsi Bərzamin Eyvazov b.m.Şəkər Babayevanın rəhbərliyi altında “Python və onun tətbiq sahələri”  mövzusunda çıxış etdi.

Daha sonra məruzəçilər iştirakçıların suallarını cavablandırdılar. Hər bir mövzu haqqında geniş müzakirələr aparıldı.