“Xocalıya ədalət” adlı tədbir keçirildi

20.02.2025-ci il tarixində Riyaziyyat – informatika fakültəsində 26 fevral – Xocalı soyqırımına həsr olunmuş “Xocalıya ədalət” adlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Ümummilli liderimiz Heydər Əliyevin, Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dos.G.Fətəliyeva, Riyazi analiz kafedrasının müdiri prof.O.Rzayev çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc sakinlərin başına gətirilən müsibət, vəhşilik, qəddarlıq haqqında, illər ötsə belə heç zaman unudulmayacaq,  O qanlı soyqırımdan neçə illər  keçsədə o dəhşətli gecəni bu gün də ürək ağrısı ilə xatırlamışlar.

            Tədbirdə fakültənin tələbələrindən Paşayeva Leyla, Əhmədova Firuzə, Nəbiyeva Tamara, Məmmədova Fatma “Xocalı” bədii kompozisiyası ilə çıxış etmişlər.Riyaziyyat – informatika müəllimliyi II kurs tələbəsi Həsənova Səbinənin təşkilatçılığı ilə fakültənin tələbələrinin Xocalı soyqırımına həsr olunmuş rəsmlərindən ibarət olan sərgi keçirilmişdir. Təsviri incəsənət kafedrasının baş müəllimi Rəsulova Elnarə sərgidə nümayiş olunan rəsm əsərlərini yüksək qiymətləndirmiş, nümayiş olunan rəsm əsərləri haqqında  tələbələrə öz tövsiyələrini və məsləhətlər vermişdir. Sərgidə Həsənova Səbinə, Tağızadə Gültəkin, Allahverdiyeva Aytac, Süleymanova Ləman, İsmayılova Aytac, Məmmədova Fidan, Həsənova Gülər, Əliyeva Həbibə, Haqverdiyeva Fəridənin rəsmləri böyük maraq və rəğbətlə qarşılanmışdır. Faciənin üstündən neçə il keçsə də, bizim yaramız elə həmin yaradır. Yəqin ki, biz o faciəni ölən günümüzə qədər yaşadacağıq. Biz bu illər ərzində Xocalını bir an belə unutmadıq, Xocalıya qayıtmaq arzusu ilə yaşadıq. Başda Ali Baş Komandan olmaqla, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqlarımızı azad etdi. Ötən il isə antiterror tədbirləri nəticəsində suverenliyimiz təmin olundu.