Bu gündən Azərbaycanın bütün ali təhsil müəssisələrində olduğu kimi Gəncə Dövlət Universitetində də 2024/2025-ci tədris ilinin yaz semestri başlayır. Tələbələrin qış tətili fevralın 1-dən 16-dək davam edib. Fakültə dekanı dos. Oruc Hüseynov və dekan müavini Rauf Məmmədov auditoryalarda tələbələrlə görüşdü və onları yaz semestrinin başlanması münasibətilə təbrik etdilər. Dekan müavini Rauf Məmmədov tələbələrə bildirdi ki, tədris qrafikinə uyğun olraq dərslər fevralın 17-də başlayacaq və mayın 31-dək davam edəcək. Dərs cədvəllərinin hazır olduğunu bildirdi və EDUM sistemi ilə tədris olunan qruplarda isə dərs cədvəlləri tələbələrin elektron kabinetlərinə göndərildiyini qeyd etdi. Sonda qeyd etdi ki, iyunun əvvəlindən isə semestrin imtahan sessiyası başlayacaqdır.