22.11. 2024 tarixində Riyaziyyat-İnformatika fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 17 noyabr “Milli dirçəliş” gününə həsr olunmuş “Rəqəmsal Texnologiyaların İnsan Həyatına Sistematik Təsiri: İnternetin Müsbət və Mənfi Aspektlərinin Araşdırılması” mövzusunda müsabiqə keçirilmişdir. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğurunda həyatlarını qurban vermiş əziz şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə humanitar məsələlər üzrə dekan müavini N.Bəşirova, dos.N.Neymətov, b.m. N.Aslanova, b.m.S.İbrahimova, m.İ.Budaqov, m.F.Seyidova, m.L.Rəhimova və Komputer elmləri və İnformatika müəllimliyi ixtisasının tələbələri iştirak etmişlər. Müsabiqədə b.m. N.Aslanova, m.L.Rəhimova, m.İ.Budaqovdan ibarət münsiflər heyəti seçilmişdir. Müsabiqədə 2 komanda: Howard’ın Davamçıları komandası (KE 2¹) – Əkbərova Səma, Məmmədli Amin, Akademik İxtisasçılar komandası (İM 2¹) – Mehdiyeva Aysu, Həsənova Nəsrin iştirak etmişlər. Çıxışlar ərzində suallar və müzakirələr olmuşdur. Çıxışlar bitdikdən sonra münsiflər hansı komandanın daha fəal olmasına səs verdilər. Howard’ın Davamçılarına-3, Akademik İxtisasçılara-1 səs verilmişdir. Horward’ın Davamçıları növbəti mərhələyə keçid hüququ qazanmışlar.