“Funksiyanın kəsilməzliyi, birinci və ikinci növ kəsilmə nöqtələri” mövzusunda açıq dərs keçirildi

25 noyabr 2024-cü il tarixdə Riyazi analiz kafedrasının müəllimi Fidan Mehdiyevanın Riyaziyyat və informatika müəllimliyi ixtisasının 1-ci kursunda Riyazi analiz-1 fənnindən açıq seminar dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Funksiyanın kəsilməzliyi, birinci və ikinci növ kəsilmə nöqtələri”dır.

Dərs funksiyanın kəsilməzliyinin araşdırılması və kəsilmə nöqtələrinin araşdırılmasına həsr olunmuşdur. Əvvəlcə tələbələrdən funksiya limitinin təriflərini soruşmaqla ona uyğun kəsilməzliyin müxtəlif tərifləri verildi və kəsilmə nöqtələrinin növləri göstərildi. Sonra kəsilməzliyin müxtəlif tərifləri göstərilərək onların tətbiqlərinə aid misallar həll olundu.

Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, Riyazi analiz kafedrasının müdiri prof.O.Rzayev, dos. A.Hüseynov, dos.N.Neymətov, dos.T.Məmmədov, t.f.d.,b.m.N.Bəşirova, b.m.S.İbrahimova, müəllim B.Vəliyeva və kafedranın digər müəllim və laborant heyəti iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.