TƏLƏBƏLƏRİMİZİN  UĞURLARI

Oktyabrın 26-da “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş ümumrespublika “Nə? Harada? Nə zaman?” intellektual oyununun final mərhələsinin mükafatlandırma mərasimi keçirilib. “Azərbaycan İntellektual Klublar Assosiasiyası” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində YAP yerli təşkilatlarını və Gənclər Birliyini təmsil edən 85 komandanın iştirakı ilə keçirilən intellektual oyunda YAP Gəncə şəhər təşkilatını təmsil edən komanda 2-ci yeri qazandı. Qalib ğələn komanda üzvləri qiymətli hədiyyələr, diplomlarla təltif olunmuşlar. Komandanın tərkibində Riyaziyyat – informatika fakültəsinin Riyaziyyat müəllimliyi 3-cü kurs tələbəsi Rzazadə Qənirə Qabil qızı də iştirak edirdi.  Tələbəmiz,  Rzazadə Qənirə fəal iştirakı ilə fərqlənərək, medalla təltif olunmuşdur.