03-04 dekabr 2024-cü il tarixlərində Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü
ARİF ƏLİHEYDƏR oğlu BABAYEVİN
anadan olmasının 90-cı ildönümünə həsr olunmuş
«Diferensial və inteqral operatorlar» mövzusunda II Respublika elmi konfransı keçiriləcəkdir.
Konfransın məqsədi: riyaziyyat, mexanika və informasiya texnologiyaları sahələrində aparılan elmi tədqiqat işlərinin məqsədə uyğun istiqamətlərə yönəldilməsi, prioritet məsələlərin üzə çıxarılması, innovativ metodların istifadəsində fikir mübadiləsinin aparılması, gənc tədqiqatçıların və doktorantların elmi araşdırmalara marağının artırılması, əldə olunan elmi-tədqiqat işlərinin mühüm nəticələrinin müzakirə edilməsidir.
BÖLMƏLƏR
Harmonik analiz
Ədədi üsullar və onların tətbiqləri Operatorların spektral nəzəriyyəsi Bütöv mühit mexanikası
Diferensial tənliklər və idarəetmə nəzəriyyəsi Cəbr, həndəsə və topologiya
Riyaziyyatın tədrisində innovativ metodlar və texnologiyalar
İnformasiya texnologiyaları
TƏLƏBLƏR
Məruzənin adı: Şrift ölçü sü 12, böyü k hərflər ilə, mərkəzdə, interval 1,0.
Müəlliflər, təşkilatın adı, elektron poçt: Şrift Arial, kursivlə, şrift ölçü sü 12, interval 1,0.
Materialın həcmi: A4 formatlı 2 səhifədən çox olmamaqla. Bü tü n səhifələrdə boş sahələr saxlanılmalıdır (sağdan, soldan, yuxarıdan və aşağıdan 20 mm olmaqla).
Materialın mətni: Şrift Arial, ölçü sü 12, interval 1,0. Dü sturlar Equation Editor (2003) vasitəsilə yığılır, şrift ölçü sü 12.
Müəllif haqqında məlumat: Ad, soyad, ata adı, iş yeri və vəzifəsi, elmi adı, elmi dərəcəsi.
Konfransda iştirak etmək istəyənlər məruzənin elektron nümunəsini conference.mechmath@bsu.edu.az ünvanına göndərməlidirlər.