Category Archives: Elanlar

ELAN

05.11.2024-cü il tarixində saat 11.30-da Riyaziyyat – informatika fakültəsində 8 noyabr Zəfər gününə həsr olunmuş “Zəfərin işığı” adlı möhtəşəm tədbir keçiriləcək. Fakültənin əməkdaşları və tələbələri iştirak edə bilərlər.

ELAN

23.10.2024 – cü il tarixdə saat 12.00- da  Riyazi analiz kafedrasında elmi seminar keçiriləcəkdir. 1. Mövzu: «Koşinin orta qiymət teoreminin tətbiqinə dair»  Məruzəçi: t.e.d., b\m. N. F.Bəşirova   2. Mövzu: «Nizami Gəncəvi yaradıcılığında riyaziyyat» Məruzəçi: Riyaziyyat müəllimliyi III kurs tələbəsi Q.Q.Rzazadə Rəhbər: prof.O.H.Rzayev

ELAN

03-04 dekabr 2024-cü il tarixlərində Bakı Dövlət Universitetində Azərbaycanın görkəmli riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü ARİF ƏLİHEYDƏR oğlu BABAYEVİN anadan olmasının 90-cı ildönümünə həsr olunmuş «Diferensial və inteqral operatorlar» mövzusunda II Respublika elmi konfransı keçiriləcəkdir. Konfransın məqsədi: riyaziyyat, mexanika və informasiya texnologiyaları sahələrində aparılan elmi tədqiqat işlərinin məqsədə uyğun

Read More

ELAN

İnformatika və Cəbr kafedrasının sabiq doktorantı Rəhimova Lalə Kamal qızının 5801.01 – “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (İnformatikanın tədrisi metodikası)” ixtisası üzrə “İnformatikanın tədrisində tələbələrdə səriştəliliyinin formalaşdırılması üzrə işin sistemi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir. Dissertasiya işinin elmi rəhbəri pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Bəşir oğlu Əhmədov, Rəyçilər dos.Verdiyeva Gülmira., p.ü.f.d. Qasımova

Read More

ELAN

İnformatika və Cəbr kafedrasının sabiq doktorantı Məmmədova Günay Sədrəddin qızının 5801.01 – “Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (İnformatikanın tədrisi metodikası)” ixtisası üzrə “İKT-nin tətbiqi ilə magistrlərin informatika fənni üzrə müstəqil tədris fəaliyyəti təşkilinin pedaqoji əsasları” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir. Dissertasiya işinin elmi rəhbəri pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Bəşir oğlu Əhmədov,

Read More

ELAN

“Analiz və funksional analiz –1202.01” ixtisası üzrə Fəlsəfə Doktoru Proqramı əsasında dissertant Mehdiyeva Fidan Şahin qızının “Qeyri-standart Hardi fəzalarında Riman sərhəd məsələsinin həllolunanlığı və bazis məsələlərinə tətbiqi ” mövzusunda fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçiriləçəkdir. Dissertasiya işi ilə tanış olmaq istəyənlər Riyazi-analiz kafedrasına müraciət edə bilərlər. Müzakirə kafedranın əməkdaşlarının və professor-müəllim heyətinin iştirakı ilə təşkil

Read More