«Pedaqoji ali məktəblərdə riyazi analizin tədrisi» mövzusunda elmi seminar keçirildi

Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrasının 09.10. 2024- cü il tarixdə  saat 1200–  da  “Pedaqoji ali məktəblərdə riyazi analizin tədrisi” mövzusunda elmi seminar keçirilmişdir. Riyazi analiz kafedrasının müdiri prof.O.H.Rzayev mövzu haqqında məruzə ilə çıxış etdi. Sonra dos.O.M.Hüseynov, dos.A.M.Hüseynov, dos.S.Həsənov,  dos.İ.Ş.Cabbarov və doktorant  müəl.R.Həsənova tərəfindən onları maraqlandıran  məsələlərlə bağlı suallar verildi. Daha sonra dos.N.Neymətov çıxış edərək, belə elmi seminarın mütəmadi olaraq keçirilməsinin vacibliyini  vurğuladı.

Seminarda   dos.O.M.Hüseynov, dos.İ.Ş.Cabbarov, dos.A.M.Hüseynov,  dos.S.Həsənov,  dos. T.Məmmədov, dos.N.Neymətov,  t.f.d.b\m.N.Bəşirova, b/m.G.X.İmanova,  müəl. F.Mehdiyeva, müəl.B.Vəliyeva, müəl.G.Qarayeva, müəl.M.İsmayılova,  müəl.R.Həsənova və  tədris – köməkçi heyəti iştirak etdilər.