“Müsbəthədli sıraların yığılma əlamətləri” mövzusunda açıq praktik məşğələ dərsi keçirildi

4 sentyabr 2024-cü il tarixdə Riyazi analiz kafedrasının müəllimi Bahar Vəliyevanın Riyaziyyat və İnformatika müəllimliyi ll kursunda Ryazi analiz-3 fənnindən praktik məşğələ dərsi keçirilmişdir. “Müsbəthədli sıraların yığılma əlamətləri” mövzusunda açıq dərsin məqsədi Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrinə sıranın yığılması, müsbət hədli sıraların yığılması və bunların yığılma əlamətləri haqqında anlayışlar vermək, misallar üzərində həllini izah etməkdən ibarətdir.Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, kafedra müdiri prof.O.Rzayev, dos.N.Neymətov, müəllim N.İsmayılov, müəllim F.Mehdiyeva və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.