25 sentyabr 2024-cü il tarixində GDU-nun humanitar məsələlər üzrə prorektoru dos.G.Fətəliyeva, Riyaziyyat – informatika fakültəsinin professor – müəllim heyəti və tələbələri Şəhidlər xiyabanını ziyarət etmişlər.
Dos.G.Fətəliyeva və bir qrup tələbələr 27 sentyabr Anım günü ilə bağlı təsüratlarını bölüşmüş, qeyd etmişlər ki, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 4 il arxada qalır.