20 sentyabr Azərbaycan Respublikasının Dövlət Suverenliyi günüdür

Riyaziyyat – informatika fakültəsində 20 sentyabr Azərbaycan Respublikasının Dövlət Suverenliyi günü və 21 sentyabr Beynəlxalq sülh gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə açıq elan edilmişdir. Ümummilli lider Heydər Əliyevin və Azəbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz atirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. . Tədbirdə GDU-nun Humanitar məsələlər üzrə prorektoru dos. G.Fətəliyeva, Riyaziyyat – informatika fakültəsinin dekanı dos.O. Hüseynov, Kompüter elmləri II kurs tələbəsi Səfərova Familə 20 sentyabr Azərbaycan Respublikasının Dövlət Suverenliyi günü və 21 sentyabr Beynəlxalq sülh günü haqqında çıxışlar etmişlər. Kompüter elmləri III kurs tələbəsi İsgəndərova Güllər “Vətən”, Riyaziyyat və informatika müəllimliyi I kurs tələbəsi Qədimova Xədicə “Mən sülhə səs verirəm”, Riyaziyyat və informatika müəllimliyi I kurs tələbəsi Nəbiyeva Tamara “Olmasın müharibə” şerləri ilə çıxış etmişlər. Tədbirin sonunda sülh rəmzi olan ağ göyərçinlər havaya buraxılmışdır.