14 mart 2024-cü il tarixində saat 12.00-da Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin “Beynəlxalq π gününə həsr ”nə həsr olunmuş elmi konfrans keçirilmişdir.
Konfransda Azərbaycanın Respublikasının Dövlət Himni səsləndirildikdən sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Konfransda Riyaziyyat – informatika fakültəsinin dekanı dos.O.Hüseynov, tədris məsələləri üzrə dekan müavini r.f.d., b/m.R.Məmmədov, humanitar məsələlər üzrə dekan müavini t.f.d.N.Bəşirova, İnformatika və cəbr kafedrasının müdiri dos.İ.Cabbarov, Ümumi riyaziyyat kafedrasının müdiri dos.S.Zeynallı, Riyazi analiz kafedrasının dosenti T.Məmmədov, Riyazi analiz kafedrasının dosenti N.Neymətov, İnformatika və cəbr kafedrasının baş müəllimi İ.Zeynalova və fakültənin tələbələri iştirak etmişlər.
Konfransda adları aşağıda qeyd olunan tələbələr məruzə çıxış etmişlər.
1. Rum rəqəmləri üzərində əməllər
Məruzəçi: RİM II kurs tələbəsi Hüseynova Gülnar
Rəhbər müəllim: Neymətov Nazim
2. Diferensial hesabının əsas teoremlərinin tətbiqləri.
Məruzəçi: RM II kurs tələbəsi Rəhimova Sevinc
Rəhbər müəllim: Bəşirova Nurəngiz
3. Riyaziyyatda poyeziya.
Məruzəçi: Rzazadə Qənirə
Rəhbər müəllim: prof.O.Rzayev
4. Fibonaççi ədədləri və onların xassələri
Məruzəçi: Məmmədova Xədicə
Rəhbər müəllim: Bəşirova Nurəngiz
5. π ədədi haqqında.
Məruzəçi: Xəlilova Ayçin
Rəhbər müəllim: Bəşirova Nurəngiz
Məruzəçilərin çıxışları yekunlaşdıqdan sonra hər bir məruzə üzrə tələbələrə müvafiq suallar verildi. Verilən suallara hər bir məruzəçi qənaətbəxş cavab verdi. Məruzədə qoyulan məsələləri elmi və nəzəri cəhətdən izah etdilər. Daha sonra çıxışlar açıq səsvermə yolu ilə qiymətləndirildi.