Monitorinq keçirildi

Universitetimizdə təhsilin keyfiyyətinin artırılması məqsədi ilə monitorinq keçirilir. 13.03.2024-cü il tarixində Dos.Allahverdi Quliyevin rəhbərliyi ilə Universitet üzrə yaradılmış monitorinq qrupu Riyaziyyat-informatika fakültəsinin I növbənin 2-ci saatında olan dərslərdə aparılmişdir. Əvvəlcə fakültə dekanı dos.O.M.Hüseynov və dos. Allahverdi Quliyev monitorinq qrupunun üzvləri ilə qisa iclas keçirdi. Sonra monitorinq qrupu dərslərdə iştirak etdilər. Monitorinq üzvləri mühazirə, seminar, praktik məşğələ, laboratoriya dərslərində fənn proqramları, fənnin sillabusları, mühazirə və praktik məşğələlərin mövzularını və jurnalları yoxladılar. Dərslər bitdikdən sonra fakültənin dekanı dos.O.M.Hüseynov, dekan müavini r.f.d.R.Məmmədovun və monitorinq üzvlərinin iştirakı ilə nəticələr müzakirə olundu. Yekunda dekanlıqda monitorinqin nəticələri müzakirə edildi, irad və təkliflər eşidildi və müvafiq qərar qəbul olundu.