“Corel Draw proqramı, onun interfeysi və parametrləri” mövzusunda açıq dərs keçirildi

31.01.2023-cü il tarixdə İnformatika və Cəbr kafedrasının baş müəllimi Elnura Cuvarlinskayanın Kompüter qrafikası fənnindən Riyaziyyat və İnformatika müəllimliyi 4 kursunda “Corel Draw proqramı, onun interfeysi və parametrləri” mövzusunda açıq dərs keçirilmişdir. Mövzuda “Corel Draw qrafik redaktorunda iş haqqında anlayışlar verildi. Yeni sənədin yaradılması, sənədin ölşülərinin dəyişdirilməsi, alətlərdən istifadə qaydaları izah edildi. Açıq dərsdə fakültə kafedranın müdiri dos.İ.Cabbarov, dos.T.C.Məmmədov, b.m.S.Babayeva, müəllim İ.Budaqov və kafedranın digər əməkdaşları iştirak etmişlər. Dərs yüksək səviyyədə qiymətləndirilmişdir.