27 oktyabr 2023-cü il tarixdə Riyazi analiz kafedrasının dosenti Nazim Neymətovun İnformatika müəllimliyi 3 kursunda Riyazi məntiq fənnindən açıq mühazirə dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Funksiyanın superpozisiyası. Tam və tam olmayan funksiyalar sistemi”dir.
Plan. 1. Funksiyaların düsturla göstərilişi.
2. Funksiyaların superpozisiyası
3. Tam və tam olmayan funksiyalar sistemi
Burada əvvəlcə n=2 olduqda məntiq funksiyalarının 16 olduğunu, sonra isə n=3 olduqda isə onların sayının 256 olduğunu göstərdim. Sonra verilmiş F funksiyasının müəyyən qiymətlərində funksiyanın düsturla göstərilişini verdim və bunu misal üzərində isbat etdim. Daha sonra funksiyanın superpozisiyasının tərifini və tam və tam olmayan funksiyalar sistemi haqqında teoremlərin isbatını verdim. Mühazirə dərsi qoyulan plana uyğun ardıcıllıqla, tələbələrin iştirakı ilə izah olunmuş və xüsusi qeydlər aparılmışdır. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, Riyazi analiz kafedrasının müdiri prof.O.Rzayev, dos.C.İbrahimov, dos.T.Məmmədov, prof.S.Həsənov, dos.Z.Abbasov, t.f.d.,b.m.N.Bəşirova, müəllim G.Məmmədoa, müəllim B.Vəliyeva, müəllim G.Yusifova, lab.Z.Məsimova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.