30 mart 2023-cü il tarixində Riyaziyyat – informatika fakültəsində 31 mart soyqırımına həsr olunmuş anım tədbiri keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilmişdir. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.Tədbirdə universitetin humanitar məsələlər üzrə prorektoru dosent Fətəliyeva Gülsüm çıxış edərək bildirmişdir ki, Azərbaycan xalqının tarixinə qanla yazılmış 31 mart soyqırımnda bəhs etmişdir. Xalqımızın yaddaşında tariximizin faciəli günlərikimi dərin iz buraxmış 31 mart soyqırımı universitetdə də silsilə tədbirlərlə qeyd olunur. Gülsüm Fətəliyeva qeyd etmişdir ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür. Bu günlərdə yaşadığımız 44 günlük müharibədə qazanılan qələbədə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz öz sözünü dünyaya çatdırdı. Gülsüm Fətəliyeva onu da qeyd etdi ki, bizlər və siz gənclər azad olunmuş torpaqlarımızı bərpa etmək üçün hər zaman birlik olub Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” olmalıyıq.Fakultənin dekanı dosent Oruc Hüseynov qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 26 mart 1998-ci il tarixdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Sərəncam imzalamışdır. 918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb.Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.Keçirilən tədbirdə Riyaziyyat informatika fakultəsinin Kompüter elmləri 2-ci kurs tələbəsi İsgəndərova Güllər, Məlikova Gülputa, İnformatika müəllimliyi I kurs tələbəsi Paşayeva Leyla, , Riyaziyyat və informatika müəllimliyi 1 kurs Hacıyeva Rəbiyyə, Riyaziyyat və informatika müəllimliyi 1 və 2 kurs tələbələrindən ibarət xorun ifasında 31 mart soyqırımına həsr olunmuş şerlər,çıxışlar, mahnılar səsləndirmişlər. Tədbirdə 31 mart soyqırımının acı nəticələrindən bəhs edən videoçarxlar nümayiş olunmuşdur.