16 mart 2023-cü il tarixdə Riyazi analiz kafedrasının müəllimi Fidan Mehtiyevanın Riyaziyyat və İnformatika müəllimliyi 2-1 kursunda Rİyazi analiz-4 fənnindən açıq praktik məşğələ dərsi keçirilmişdir. “İkiqat inteqral, ikiqat inteqralın xassələri və hesablanmasına aid misal həlli” mövzusunda açıq dərsin məqsədi Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrinə ikiqat inteqralın müstəvi oblastı üzrə ümumiləşməsi kimi tərifini vermək və inteqral cəmlərin köməyilə ikiqat inteqralın hesablanmasına aid tələbələrlə misal həll etmək. Müxtəlif oblastlar üzrə ikiqat inteqralın təkrar inteqrallara gətirilərək hesablama düsturlarını və bu oblastların qrafik təsvirini göstərdim. Bu oblastların hər birinin tətbiqinə aid tələbələrlə misal həll etdik. İkiqat inteqralın hesablanma oblastlarının qrafik təsviri və bu təsvirə əsasən ikiqat inteqralda inteqrallama növbəsinin dəyişdirilməsini tələbələrə izah etmək və bunlara aid tapşırıqlar həll etməkdir. Dərsdə fakültə dekanı dos.O.M.Hüseynov, dos.T.Məmmədov, dos.N.Neymətov, müəllim G.Yusifova və kafedranın digər müəllimləri iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.