Tələbələr buraxılış işi müdafiəsində

22 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixinə qədər Riyaziyyat informatika fakultəsinin 2021-2022-ci tədris ili üçün Riyaziyyat müəllimliyi 4-cü kurs, İnformatika müəllimliyi 4-cü kurs, Kompüter elmləri 4-cü kurs, Riyaziyyat və informatika müəllimliyi 5-ci kurs tələbələrinin buraxılış (diplom) işlərinin müdafiəsi kecirilir. Gəncə Dövlət Universitetinin buraxılış yekun Dövlət Attestasiya Komissiyalarının sədrləri “Riyaziyyat və informatika müəllimliyi” və “Riyaziyyat müəllimliyi” ixtisasları üzrə Azərbaycan Texnologiya Universitetinin “Ali riyaziyyat” kafedrasının dosenti, fizika riyaziyyat üzrə fəlsəfə doktoru Yusifəliyev Yusif Köçərli oğlu, “İnformatika müəllimliyi” və “Kompüter elmləri” ixtisasları üzrə Azərbaycan Dövlət Pedoqoji Universitetinin “Kompüter elmləri” kafedrasının dosenti Əhmədov İlham Bəşir oğlu təyin olunmuşlar.
Riyaziyyat – informatika fakultəsinin 2021-2022-ci ili üçün göstərilən ixtisasların buraxılış kurslarında Dövlət imtahanı və buraxılış (diplom) işlərinin müdafiəsi üzrə Dövlət Attestasiya Komissiyasının tərkibi aşağıdakı kimidir:
I komissiya
Dos.O.Hüseynov
Dos. A.Hüseynov
Dos.İ.Cabbarov
Fəxri prof. Ə.Quliyev
Dos.Ə.Aslanov
P.f.d.E.Cəfərli
B/m.B.Abbasova
II komissiya
Dos.O.Hüseynov
Dos.İ.Cabbarov
Dos.Ə.Aslanov
Dos.M.Həsənova
Dos.G.Verdiyeva
B/m.A.Allahverdiyev