Fakültəmiz imtahan ərəfəsində

Test imtahanları başlandı

Riyaziyyat-informatika fakültəsində artıq 01.06.2022-ci ilin yaz imtahan sesiyası başlandı. Cədvəl üzrə imtahanlar normal gedir. Tələbələrə imtahana qədər ballar əvvəlcədən verilmiş və fakültənin məlumat güləşində yerləşdirilmişdir. Universitetdə imtahanlar iki üsulla keçirilir – yazılı və test. Keçirilən imtahanlara tələbələr tam məsuliyyətlə hazırlaşıblar. Əvvəlcədən tələbələrə yazılı imtahanın sualları, mühazirə mətnləri vaxtında verilib və eləcə də test imtahanları üçün test sualları paylanılıb. Tələbələrin imtahan sesiyasını müvəffəqiyyətlə başa çatdıracaqlarına inanırıq. Tələbələrə uğurlar arzulayırıq!