1972-ci il məzunları ilə görüş keçirildi

13.05.2022-ci il tarixdə GDU-nun Riyaziyyat – informatika fakultəsində fakultənin 1972-ci il məzunları ilə görüş keçirilmişdir. Tədbirdə Universitetin humanitar işlər üzrə prorektoru dos.G.Fətəliyeva, Riyaziyyat – informatika fakultəsinin dekanı dos.O.Hüseynov, fakultənin professor müəllim heyəti, tələbələr iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olmuş Universitet məzunlarının əziz xatirəsini əks etdirən stendin qarşısına gül qoydular və şəhidlərin əziz xatrirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra məzunlar Universitet binasındakı yeniliklərlə tanış oldular. Gənclik illərinin keçdiyi binada olan yeniliklər və univesitetimizin inkişafı onları təəccübləndirdi və sevindirdi. Akt zalında davam edən tədbirdə tələbəlik illəri ilə baglı xatirələrini bölüşən məzunlar gənclərə cəmiyyətimizə və vətənə layiqli övlad kimi yetişə bilmək üçün dəyərli məsləhədlər verdilər. Tələbəlik illərini həsrətlə və sevinclə yad edən məzunlar tələbələrə bu illərin, müəllimlərinin qədrini bilməyi tövsiyyə etdilər.