1-ci hücum
Oкtyabrın 4-də birinci dəfə OTR-21 TOÇKA ballistiк raкetindən Gəncə şəhəri birinci dəfə vuruldu. Azərbaycan tərəfi hücuma görə məsuliyyəti Ermənistanın daşıdığını bildirsə də, Ermənistan tərəfi isə ittihamaları rədd elədi. Hücuma görə məsuliyyəti rəsmi olaraq Dağlıq Qarabağın rəsmiləri üzərinə götürdülər. Onlar hədəfin mülкi insanlar yox, şəhərdə olan hərbi təyinatlı binalar, habelə Gəncə Beynəlxalq Aeroportu olduğu bildirdilər. Azərbaycan tərəfi isə Gəncədə ümumiyyətlə hərbi təyinatlı binaların olmadığını bildirdi. Hücum nəticəsində bir nəfər öldü, 30 nəfər isə yaralandı
2-ci hücum
ANAMA-nın verdiyi məlumata görə, Gəncə 11 və 17 oktyabr tarixlərində SKAD hücumlarına məruz qalmışdır. Oкtyabrın 8-də Gəncəyə növbəti dəfə hücum oldu. Nəticədə ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi.
3-cü hücum
10 oktyabrda imzalanmış atəşkəsdən sonra, yerli vaxtla 02:00-da Azərbaycan Müdafiə Nazirliyi bildirdi ki, Ermənistanın Berd rayonunda yerləşən Erməni Silahlı Qüvvələri Gəncəni SKAD ballistik raketlərindən atəşə tutmuşdur. Raket insanlar yaşayan binaya tuş gəlmiş və onu tamamilə dağıtmışdır. Qısa müddət sonra axtarış və xilasetmə komandaları hadisə yerinə çatmışdır. Hücum nəticəsində şəhərdəki infrastruktura mühüm ziyan dəymişdir. Ümumilikdə, 31 mənzil tamamilə dağıdılmış, hadisə yerində və onun yaxınlığındakı obyektlərə və avtomobillərə ciddi ziyan dəymişdir. Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil təsirlənmişdir. Ermənistan hücum üçün məsuliyyəti inkar etmişdir. Hücum nəticəsində 10 nəfər həyatını itirmiş və 40 nəfər yaralanmışdır. Qurbanlar arasında qadınlar və uşaqlar da var idi.
4-cü hücum
17 oktyabrda, təxminən yerli vaxtla 01:00-da Azərbaycanın rəsmi dairələri bildirdilər ki, Erməni Silahlı Qüvvələri Skat ballistik raketləri ilə Gəncəni atəşə tutmuşdurlar. Jurnalistlər şəhərdə 3 güclü partlayış səsinin eşidildiyini bildirmişdirlər. RİA Novosti agentliyinin müxbirinə görə, ballistik raketlər əhalinin sıx yaşadığı əraziyə düşmüşdürlər. Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan görmüşdür. İlk raket şəhər binasından cəmi 2 km uzaqlığa düşmüş, ikinci raket isə şəhərin qərbində olan Kəpəz bölgəsinə düşmüşdür. Yerli səlahiyyətli şəxslərin bildirdiklərinə görə, 20 ev dağıdılmış və xeyli sayda mülki şəxs bu dağıntıların altında qalmışdır. Azərbaycan Respublikasının axtarış və xilasetmə komandaları, Azərbaycan Müdafiə Nazirliyinin işçiləri hadisə yerinə gəlmiş və dağıntılar altında qalan şəxsləri olduqları yerdən çıxarmağa başlamışdırlar. Ermənistan hücumun onun tərəfindən edildiyini inkar etmişdir. Hücum nəticəsində 14 nəfər həlak olmuş, 55 nəfər yaralanmışdır.