Heydər Əliyev Fondunun təşəbbüsü ilə
“Gəncə Marafonu – 2017”
Sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Gəncə Marafonu – 2017” keçiriləcək. Azərbaycanın qədim tarixə sahib Gəncə “İradənlə tarix yaz”, “Marafonda bizimlə ol” şüarı altında regionlar arasında marafona ev sahibliyi edəcək ilk şəhər oldu.
“Gəncə Marafonu –2017” Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunur. Marafonun eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.
Marafon Gəncə şəhərində “Zəfər Tağı”ndan start götürərək Nizami Gəncəvi prospekti, Heydər Əliyev prospekti, Cavad xan küçəsi, “Gəncəçay” bulvarı, Şah İsmayıl Xətai prospekti boyunca davam edib Heydər Əliyev park kompleksinə qədər 17 kilometrlik məsafəni əhatə etdi.
Qeydiyyat avqustun 14-dən sentyabrın 17-dək aşağıdakı ünvanlarda aparıldı:
1)“Azercell Telekom”un Gəncə şəhərindəki ofislərində
2)“Azercell Telekom”un Bakı şəhərindəki ofislərində
3) Gəncə “ASAN xidmət” mərkəzində
4) Azərbaycan Dövlət Aqrar Universitetində
5) Gəncə Dövlət Universitetində
6) Azərbaycan Dövlət Texnologiya Universitetində
7) Gəncədəki “Gənclər evi”ndə
Regionda keçirilən ilk marafonda vəsaitlər Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən qarşılandığından fiziki şəxslər və korporativ yarışmaçılar iştirak üçün heç bir ödəniş etməyiblər.
“Gəncə Marafonu – 2017”nin mükafatlandırma mərasimi 2 kateqoriyada oldu.
Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif oldular.
Marafonda Riyaziyyat-informatika fakültəsindən 673 nəfər iştirak ediblər. Bunlardan 445 nəfəri qaçışda, 238 nəfər isə azarkeş qismində iştirak edib.
Fakültə tələbələrindən Musayev Rahib Eldar oğlu və Qubadov Nemət, İbrahimxəlilov Kənan Ağa oğlu ilk 18 nəfərin içərisində olmuşdur.