NOVRUZ BAYRAMI

1Qədim bayramlarımızdan olan Novruz milli həyat və məişətin elə ulu qaynaqları ilə bağlıdır ki, onları bir müşahidə, bir araşdırma ilə öyrənib başa çıxmaq mümkün deyildir.

         Novruz sərhədləri aşdıqca, millətlər və xalqların bəşəri bayramına çevrildikcə, hərə bu bayramı öz milli məişəti ilə bağlamağa çalışmış və  beləliklə Novruz haqqında Şərq dünyasında müxtəlif mülahizələr, adət-ənənələr, mərasimlər, əfsanələr, rəvayətlər və s. yaranmışdır. Hətta türk dünyasının özündə ayrı-ayrı xalqlar Novruza öz milli bədii ornamentlərini vermiş, onu özünəməxsus ümümxalq bayramı hesab etmişdir. Lakin bütün bunlara baxmayaraq, Novruz onu keçirən xalqlar içərisində özünəməxsus başlıca cəhətlərini qoruyub saxlamışdır. Şərq xalqları Novruzu yeni ilin başlanğıcı hesab etmiş, onu bolluq, bərəkət və firəvanlığın əzəli kimi rəmzləşdirmişlər.

         Novruz ulu əcdadlarımızın keçmiş bayramlarından olmuş, insana həyat verən təbiətin “dirilməsi” ilə bağlı yaranmışdır. Bu gün 21-22 marta, qışın sonu, yazın ilk gününə təsadüf edir.

         Ilimiz  bu günə yaxınlaşdıqca insanlarda ruhi oyanış başlayır. Budaqlarda tumurcuqlar oyandığı kimi, insan ürəyində də həyat eşqi cücərir. Təbiətlə insan ruhunun oyandığı gün bir vaxta təsadüf etdiyindən qədim ellilərimiz həmin vaxtı bayram edilməsini məsləhət görmüşlər. Onlar hesab edirdilər ki, yalnız həmin günün təntənəsi xalqa həqiqi xoşbəxtlik, firəvanlıq gətirə bilər.

         Biz də öz xalqımızı, universitetimizin müəllim, tələbə və bütün işçilərini Novruz Bayramı münasibətilə təbrik edirik. Qarşıdan gələn bayramları Vətənimizin işğal altında olan torpaqlarında keçirməyi diləyirik.

AZƏRBAYCAN XALQI, NOVRUZ BAYRAMIN MÜBARƏK!