HƏMKARLAR İTTİFAQI TƏŞKİLATININ SƏDRİ N. Ə.İSMAYILOVUN  HESABAT- SEÇKI ICLASI KEÇIRILDI.

Gəncə Dövlət Universitetinin Riyaziyyat – informatika fakültəsində  15 fevral 2017-ci il tarixində Iclasda  Riyaziyyat – informatika fakültəsinin 98 Professor-müəllim və tədris köməkçi heyyəti iştirak edirdi və Gəncə Dövlət Universitetinin Azad Həmkərlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova Qulam qızı dəvət olunmuşdur. Həmkarlar İttifaqı Təşkilatının sədri N. Ə.İsmayılov çıxış edərək 02 fevral 2015-ci il tarixdən 15 fevral 2017-ci il tarixə kimi əhatə edən  hesabatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin müxtəlif tarixli sərəncam və fərmanları ilə təsdiqlənmiş təhsil sahəsində geniş islahat proqramından irəli gələn məsələlərin həlli, o cümlədən tədrisin idarə olunmasında yeni prinsiplərin bərqərar olması, təhsilin dünya standartlarına uyğunlaşdırılması, onun məzmununda köklü keyfiyyət dəyişikliklərinin aparılması təhsil sisteminin təkmilləşdirilməsini bir vəzifə olaraq qarşıya qoyulur. Bu tarixi sərəncam və fərmanlar Azərbaycan vətəndaşlarının təhsil hüququnu tam təmin etmək, milli təhsil konsepsiyasının müddəalarını gücləndirmək, təhsil sistemində aparılan islahatları sürətləndirmək, idarəetmə mexanizmini təkmilləşdirmək, pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını və yenidən hazırlanmasını təmin etmək, təhsildə maddi-texniki bazadan və kadr potensiallarından istifadənin səmərəliliyini artırmaq məqsədlərini qarşıya qoyur. 2015-ci il fevral ayının 2-də təşkilatın hesabat-seçki iclasında heyət üzvü seçilmişdir. Təşkilatın idarə heyəti fakültədə fəaliyyət göstərən bütün kafedraların hər birindən nümayəndə olmaqla 5 nəfərdən ibarət olmuşdur. Riyaziyyat – informatika fakültəsi dekanlıq və dörd ixtisas kafedralarından  ibarətdir. Hazırda qeyd olunan bölmələrdə təşkilatın 98 üzvü (77 nəfər professor-müəllim və 21 nəfər tədris-köməkçi heyəti) fəaliyyət göstərir. Fakültənin üç nəfər əməkdaşı Azərbaycan Respublikasının Prezidenti cənab, İ. Əliyevin sərəncamı ilə fəxri adlar almışlar. Bundan başqa Təhsil Nazirliyinin və Universitet rəhbərliyinin müvafiq əmrləri ilə fakültənin bir çox əməkdaşları fəxri adlar və fəxri fərmanlarla təltif olunmuşlar. Fəaliyyət göstərdiyimiz iki  il müddətində fakültənin 15 nəfər üzvünə pul mükafatı, 22 nəfər üzvünə «Novruz» və «Qurbanlıq» bayramı ilə əlaqədar olaraq müxtəlif hədiyyələr verildmiş, təşkilat üzvlərinin övladlarının mədəni istirahətlərinin təşkili məqsədi ilə  şəhərin «Kukla» və «Dram teatrlarında» həmçinin «Zabitlər evində» təşkil olunmuş «Yeni il» şənliklərində iştirak etmələri 200 –ə yaxınbilet paylanılmışdır. Yekunda  Fakültə Həmkarlar Təşkilatının hesabat-seçki yığıncağının qərarı ilə fakültə Həmkarlar İttifaqı Təşkilatının seçiləcək yeni heyətinə tapşırıldi ki: təşkilatın hər bir üzvünün dövlətin insanlara olan qayğılarından kənarda qalmalarına qətiyyən yol verməsin; istirahətə, müalicəyə və sairəyə olan ehtiyacları ödəmək üçün bütün arzu və tələblərin yuxarı təşkilatlar qarşısında vacib bir məsələ kimi həll olunmasına nail olunsun. Gəncə Dövlət Universitetinin Riyaziyyat – İnformatika fakultəsinin professor-müəllim və tədrisköməkçi heyyətinin 15.02.2017-ci il tarixli ümumi  iclasında namizədliyi irəli sürülmüş aşağıda adları qeyd olunanlar Riyaziyyat-İnformatika fakultəsinin Həmkərlar Təşkilatının yeni heyyətinə üzv seçildilər: b.m. N.Ə. İsmayılov, b.m. S. Qəmbərova, b.m. G. Salmanova, e.n,b.m. R.Məmmədov, r.f.d.B.m. N.Bəşirova. Səsverənlərin 100 % – səsini topladığına görə Riyazi analiz kafedrasının baş müəllimi Nazir Əliş oğlu İsmayılov Riyaziyyat-İnformatika fakultəsinin Həmkərlar Təşkilatının yeni sədri vəzifəsinə seçildi.

B.m Aynur Qasımova