“Triqonometrik Furye sırası və onun yığılma əlamətləri” mövzusunda açıq dərs keçirildi

11 noyabr 2026-cı il tarixdə Riyazi analiz kafedrasının baş müəllimi, t.ü.f.d. Nurəngiz Bəşirovanın Riyaziyyat müəllimliyi və Riyaziyyat və informatika müəllimliyi ixtisasının II kursunda Riyazi analiz -3 fənnindən açıq mühazirə dərsi keçirildi. Açıq dərsin mövzusu “Triqometrik Furye sırası və onun yığılma əlamətləri” dır.

Dərsin əsas məqsədi fənnin tədrisində tələbələrdə riyazi analiz kursunda əsasən diferensial və inteqral hesabı təşkil edən sonsuz kiçilənkər analizinin köməyilə dəyişən k.miyyətlərin öyrənilməsinin fundamental tədqiqat metodları ilə tanışlıqdır. Müəllim mövzunu izah edərkən Riman teoremi, Dirixle nüvəsi, Furye sırasının nöqtədə yığılması, Dini və Hölder əlamətlərini verdi.

Dərsdə fakültənin dekanı dos.Oruc Hüseynov, Riyazi analiz kafedrasının müdiri dos.Tahir Məmmədov, dos.İlqar Cabbarov, dos.Sübhiyyə Zeynallı, r.f.d. Bahar Vəliyeva, b.m.Səbinə İbrahimova və kafedranın digər müəllim və laborant heyəti iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.