“Kompleks dəyişənli funksiyaların inteqralı” mövzusunda açıq dərs keçirildi

27 oktyabr 2026-cı il tarixdə Riyazi analiz kafedrasının baş müəllimi Fidan Mehdiyevanın Riyaziyyat və informatika müəllimliyi ixtisasının 5-ci kursunda Kompleks dəyişənli funksiyalar nəzəriyyəsi fənnindən açıq seminar dərsi keçirilmişdir. Açıq dərsin mövzusu “Kompleks dəyişənli funksiyaların inteqralı” dır.

Dərsin əsas məqsədi fənnin tədrisində tələbələrdə riyazi analiz kursunda öyrənilən diferensial və inteqral hesabında məlum olan elementar, triqonometrik və hiperbolik funksiyaların kompleks dəyişənli formada xassələrini, əlaqə düsturlarını və analitikliyini göstərmək və əlaqələndirməkdən ibarətdir. Əvvəlcə təhsilverən tələbələrdən kompleks funksiyanın inteqralının təriflərini soruşdu, hesablamalar aparmaq üçün növləri göstərildi. Sonra düsturlar göstərilərək onların tətbiqlərinə aid misallar həll olundu.

Dərsdə fakültənin dekanı dos.Oruc Hüseynov, dekan müavini r.f.d.Rauf Məmmədov, Riyazi analiz kafedrasının müdiri dos.Tahir Məmmədov, dos. Abbas Hüseynov, dos.Nazim Neymətov, dos.İlqar Cabbarov, dos.Sübhiyyə Zeynallı, dos.Gülmira Verdiyeva, p.f.d.Kəmalə Qaybalıyeva, p.f.d.Vüsalə Qarayeva, t.f.d.Nurəngiz Bəşirova, r.f.d. Bahar Vəliyeva, b.m.Səbinə İbrahimova və kafedranın digər müəllim və laborant heyəti iştirak etmişlər. Açıq dərs yüksək qiymətləndirilmişdir.