2026-cı il sentyabrın 17-18-də IHCONCS 2026 (Zaqreb, Xorvatiya (onlayn formatda)), Kompüter Elmləri üzrə Beynəlxalq Konfrans keçirilir. Konfransda əsasən tədqiqatda məhdud resurslu təhsil mühitlərində süni intellektdən müəllimi əvəz etmədən, onun peşəkar qərarverməsini dəstəkləyən vasitə kimi istifadə imkanları araşdırılmışdır. Gəncə Dövlət Universitetinin Riyaziyyat və informatika fakültəsinin professoru Mehriban Həsənova “Tədrisdə süni intellektin innovativ, lakin az resurslu tətbiqləri: pedaqoji sərhədlər və müəllimlər üçün etik məqamlar” adlı məqalə ilə konfransda çıxış etmişdir. Məqalədə süni intellekt dəstəkli dərs planlaşdırılması, reflektiv təcrübə və tapşırıqların diferensiallaşdırılması üzrə üç praktik ssenari təqdim edilmiş, həmçinin müəllim nəzarəti, məlumatların minimallaşdırılması, şəffaflıq və şagirdlərin profilləşdirilməsindən yayınma kimi əsas pedaqoji və etik prinsiplər vurğulanmışdır. Tədqiqatın əsas ideyası ondan ibarətdir ki, süni intellektin təhsildə səmərəli tətbiqi texnoloji imkanların genişliyindən çox, onun aydın pedaqoji və etik sərhədlər daxilində istifadəsindən asılıdır.