


8 May 2026-cı il tarixində Riyaziyyat və informatika fakültəsinin İnformatika və Cəbr kafedrasının baş müəllimi, p.f.d. İlhamə Zeynalovanın Kompüter elmləri ixtisasının 3-cü kursunda Süni intelkekt fənnindən “Süni neyron şəbəkələr” mövzusunda açıq dərsi keçirildi.
Dərsdə Süni neyron şəbəkələrin strukturu, növləri haqqında ətraflı məlumat verildi, neyron şəbəkələrin iş prinsipi nümunələr əsasında izah olundu. Açıq dərsdə kafedra əməkdaşlarından b.m.Cəfərova Bəsdi, b.m.Cəfərova Samirə, Cabbarova Nailə, Rəhimova Lalə, Babayeva Səbinə, Mehdiyeva Leyla və kafedranın digər əməkdaşları iştirak etdilər.