M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbin 7b sinfində “Bərabəryanlı və bərabərtərəfli üçbucağın xassələri” mövzusunda açıq dərsi keçirildi

04 may 2026-cı il tarixində M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbin 7b sinfinə Gəncə Dövlət Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasının lV kurs tələbəsi Mahmudlu Aytacın “Bərabəryanlı və bərabərtərəfli üçbucağın xassələri” mövzusunda açıq dərsi keçirildi. Açıq dərsdə Riyaziyyat və İnformatika fakültəsinin dekanı dosent Oruc Hüseynov, Təcrübə və karyera şöbəsinin müdiri dosent Cabbar Qarayev, Metodist müəllimlər, fənn müəllimi və təcrübəçi tələbələr iştirak etdilər.