Tələbələrimizin uğurları

ADA Universiteti tərəfindən təşkil olunan “Süni İntellekt Mühəndisliyi Əsasları” təlimini Riyaziyyat və informatika fakültəsinin Riyaziyyat və informatika müəllimliyinin III kurs tələbələri 2 iyun 2025 – 12 noyabr 2025-ci il aralığında uğurla başa vurmuşdurlar.
Tədris müddətində tələbələrimiz süni intellektin təməl prinsipləri, alqoritmik düşünmə və sistemli analiz metodologiyalarını dərindən mənimsəmişlər. Proqramın nəticəsi olaraq, hər bir tələbə əldə etdiyi nəzəri bilikləri tətbiq edərək öz fərdi, qrup layihələrini hazırlamış və uğurla təqdim etmişdir.
Bu təlim tələbələrə mürəkkəb problemlərin kreativ və texnoloji həll bacarığını, datalarla işləmə və məntiqi nəticə çıxarma qabiliyyətini, gələcəyin rəqəmsal iqtisadiyyatında zəruri olan peşəkar baza kimi fundamental üstünlüklər qazandırmışdır.
Tələbələrimizi bu mühüm nailiyyətləri münasibətilə təbrik edir, onlara gələcək akademik və peşəkar fəaliyyətlərində uğurlar arzulayırıq.
Tələbələrimiz:

  1. Məmmədova Fatma Arzu qızı
  2. Rüstəmzadə Aytac Vüqar qızı
  3. Xəlilova Aliyə İntiqam qızı